Və ya qarayaxma kampaniyalarından öz çirkin məqsədləri üçün istifadə edənlər
Seçkilərə qatılan bəzi müxalifətçi namizədlərin təbliğat-təşviqat prosesi bitməmiş özlərindən sərsəm “proqnozlar” vermələri, seçicilərlə görüşlərində guya müdaxilələrlə üzləşmələri barədə hay-küy salmaları onlara qarşı ilk öncə belə bir fikir yaradır ki, həmin müxalifətçilər əslində öz uğursuzluqlarını bu kimi vasitələrlə pərdələməyə, ictimaiyyətdən gizlətməyə çalışırlar. Çünki yaxşı bilirlər ki, seçici dəstəkləri yoxdur və xalq daha çox hakimiyyəti təmsil edən namizədlərə üstünlük verir.
Şəffaf, eləcə də kütləvi maraqla müşahidə edilən seçkiöncəsi prosesinə xələl vurmağa cəhdlər göstərirlər
Eyni zamanda, elektoratsızlıq və sosial bazanın olmaması faktı da göstərir ki, destruktiv fəaliyyət göstərən fərdlər seçki prosesinə qarşı apardıqları qarayaxma kampaniyalarından öz çirkin məqsədləri üçün istifadə edirlər. Misal üçün, artıq belə bir siqnallar da var ki, onlar xarici ölkələrdə fəaliyyət göstərən anti-Azərbaycan xarakterli təşkilatlardan müəyyən sifarişlər alıblar və namizəd adı altında demokratik, şəffaf, eləcə də kütləvi maraqla müşahidə edilən seçkiöncəsi prosesinə xələl vurmağa cəhdlər göstərirlər. Halbuki, elə müxalifətçi namizədlər də var ki, onlar bu iddiaları alt-üst edən, haqlı fikirlərlə çıxış edirlər. Bildirirlər ki, heç bir müdaxilələrlə rastlaşmayıblar və proses şəffaf şəkildə davam edir.
Siyavuş Novruzov: “Təsəvvür edin, özünə səlahiyyətli nümayəndə tapa bilməyən çıxış edir ki...”
Bu arada, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzovun fikirləri də diqqətçəkicidir. Belə ki, o mediaya açıqlamasında bildirib ki, artıq imza toplayıb müvafiq sənədləri təqdim edən hər kəsin namizədliyi qeydə alınıb, eləcə də, imzatoplama mərhələsində bir dənə də olsun şikayət daxil olmayıb. YAP rəsmisinin sözlərinə görə, məhz destruktiv müxalifətçilər mövcuddur ki, onlar seçki prosesi ətrafında oyunbazlıq edir, seçkidən sonra isə aldıqları sifarişləri ilə ölkədəki seçki mühitinə qarşı çıxış etməyə çalışmaq marağındadırlar. “Bəzi siyasi partiyalar və fərdlər var ki, şou düzəltməyə çalışırlar”, deyən Siyavuş Novruzov daha bir bir ilginc məqamı səsləndirib. O, ətrafında komanda yığmağı bacarmayan müxalifətçi namizədlərin qələbə qazanacaqları iddialarının əsassız olduğunu bu cür isah edib: “Təsəvvür edin, özünə səlahiyyətli nümayəndə tapa bilməyən çıxış edir ki, seçkilərdə qələbə qazanacağam. Halbuki seçkilərə komanda şəkilində getmək lazımdır. 30-35 məntəqədə müşahidə aparmaq üçün 50 nəfərə yaxın seçki qərargahının üzvləri tələb olunur. Bunlar iki namizəd, biri onun səlahiyyətli nümayəndəsidir, o birisi bunun. Üçüncü adam tapa bilmirlər, seçkidə qələbədən danışırlar”.
Beləliklə, fakt budur ki, seçicilər potensial qalib olmağa layiq olan namizədlərə öz dəstəyini əsirgəmir və müxalifət cinahının gülünc iddiaları bir daha öz səbatsızlığı ilə müşahidə olunur. Bu səbatsızlıq və şoular yaratmaq cəhdləri isə fevralın 9-da onların növbəti uğursuzluqları ilə nəticəsini tapacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB