"Bu gün hər bir şey Azərbaycan vətəndaşları üçün edilir" ÖZƏL-MÜNASİBƏT
"Bu gün Azərbaycan islahat aparan ölkədir. Azərbaycanda çox ciddi islahatlar həyata keçirilir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.
"Təkcə, 2019-cu ildə cənab Prezident sosial sahədə 9 paket qanun qəbul etdi, sosial sahəyə 3,5 milyard manat pul ayrıldı və bu da vətəndaşlarımızın sosial problemlərinin həllinə böyük kömək oldu. Qaçqınlar və məcburi köçkünlər üçün evlərin tikilməsi, şəhid ailələrinə verilən birdəfəlik müavinətlər, müharibə veteranlarının müavinətlərinin artırılması və daimliyi, pensiyaların, əməkhaqlarının minimum həddinin artması, tələbələrin təqaüdlərinin artırılması, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə, Əfqanıstan müharibəsi veteranlarına yeni evlərin tikilib verilməsi və s. digər bu qəbildən olan çox böyük məsələlər öz həllini Azərbaycanda tapdı. Bu il Azərbaycan müstəqillik tarixinin ən böyük dövlət büdcəsini qəbul edib. Həmin büdcəyə də daxil olan məsələlərdə ən böyük faiz məhz sosial sahəyə düşür. Biz deyə bilərik ki, Azərbaycan sosial dövlət olaraq əsasən vətəndaşlarımızın yaxşı yaşaması üçün addımlar atır. Necə ki, cənab Prezident fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda, Davos İqtisadi Forumunun hər birində qeyd edirdi ki, hər bir şey bu gün Azərbaycanda ölkə vətəndaşları üçün atılır", - deyə, Komitə sədri fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB