“Gənclərin tarixi köklərimizdə olan soyqırımları əsas götürərək gələcəyə düzgün baxmasını istərdim”-Münasibət

“Gənclərin tarixi köklərimizdə olan soyqırımları əsas götürərək gələcəyə düzgün baxmasını istərdim”-Münasibət
"Bu gün bütün dünya azərbaycanlıları 31 mart soyqırımını qeyd edir. Bu tarix ümumiyyətlə, böyük bir əhalinin milli, irqi, etnik zəmində qismən və ya bütövlükdə məhv edilməsidir". Bu barədə SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, ötən yüzillik ərzində, o cümlədən bu gün də təcavüzkar ermənilər azərbaycanlılarlara qarşı qanlı cinayətlərindən əl çəkmirlər. Onun sözlərinə görə, erməni quldurları tarixin bütün mərhələlərində Azərbaycan torpaqlarını əlinə keçirib və bunun əsasında dövlət yaradıblar. A.Məhərrəmov vurğulayıb ki, 100 il ərzində ermənilər 4 dəfə-1905-1907, 1915-1920, 1948-1953 və 1988-ci ildə Azərbaycan torpaqlarına işğal edib.

"Bu siyasəti düzgün başa düşmək bizdən asılıdır. Gənclər dərindən düşünməli, milli düşüncəni möhkəmləndirməli, milli təəssübkeşlik müstəvisini genişləndirilməlidir. Bu baxımdan görülən tədbirlərin böyük əhəmiyyəti var. Bu gün dünyada böyük proseslər gedir və gərək gənclər bunu dərk etsinlər. Onlar soyqırımı müstəvisində dünənimizi xatırlayıb, bugünü anlayaraq gələcəyə düzgün baxa bilməlidirlər ki, başımıza bir daha belə bəlalar gəlməsin. Məcburi deyil ki, bu soyqırımı ancaq ermənilər tərəfindən həyata keçirilirsin. Sabah bu başqa müstəvidə də ola bilər. Ona görə gənclərin açıq-aşkar düşünməsini, tarixi köklərimizdə olan soyqırımları əsas götürərək gələcəyə düzgün baxmasını istərdim. Bu gün prezident İlham Əliyev bu istiqamətdə çox uğurlu və çevik diplomatik siyasət aparır. Ermənilərin kökləri yoxdur və onlar hər zaman bizimlə düşmənçilikdə olublar. Biz isə təəssüflər olsun ki, yalnız son illər bununla məşğul olmağa başlamışıq. Qısa müddət ərzində aparılan çevik diplomatik siyasət nəticəsində bütün proseslər Azərbaycanın xeyrinə həll ola bilib. Gənclərimiz başa düşməlidir ki, bu gün yeganə yol ölkə prezidentinin siyasətinə dəstək olmaq və Azərbaycan bayrağınmı yuxarı qaldırmaqdan ibarətdir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə