Leyla Yunus xəyanəti FOTOFAKT

Ermənipərəst və saxta hüquq müdafiəçisi birdəfəlik Ermənistana gedir

Sirr deyil ki, Leyla Yunus Azərbaycanda yaşadığı dövrdə, “Sülh və Demokratiya İnstitutu” adı altında dəfələrlə Ermənistana səfər edib və orada görüşlər keçirib. Belə ki, o Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan qurumu vasitəsi ilə Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcə də Karen Ohancanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən “Jurnalist Araşdırmaları” qeyri-hökumət təşkilatı tərəfindən isə İrəvan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Arif Yunusun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, düşmən ölkədə fəaliyyət aparıb.

David Şahnazaryanın növbəti dəstəyi ilə...

Əslində, bu kimsədə təəccüb də doğurmur. Çünki o hələ əvvəlki dövrlədə, xüsusilə AXC-Müsavat iqtidarı zamanlarında dövlətdə yüksək vəzifə tutarkən, xalqa, millətə xəyanətlər edib. Maraqlıdır ki, özünü “əzabkeş” kimi təqdim edən L.Yunus bu dəfə də öz murdar xislətindən əl çəkməyib. SİA xəbər verir ki, yaxın zamanlarda Yunuslar Yerevandakı partnyorlarının-Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri David Şahnazaryanın növbəti dəstəyi ilə “dəhşətli Azərbaycan reallıqlarından” bəhs edən əhvalatlarının Ermənistanın kitab piştaxtalarına satışına hazırlaşırlar. Bu məqsədlə Arif Yunus eləcə də arvadı Leyla Yunus mart ayında Yerevana səfər etməyi planlaşdırır. Hətta onların bu ölkəyə birdəfəlik getmələri məlumatları da var. Görünür, onlar digər erməni aşiqi, separatçı Əlikram Hümbətov üçün də çox darıxıblar. Reallığa qalanda isə, onların Ermənistana səfərləri artıq nə qədər ermənipərəst olduqlarının aşkar sübutudur. Görəsən L.Yunus həbsdə olarkən, “Leyla Yunusa azadlıq” bağıranlar bu sübut qarşısında nə deyəcəklər? Yəqin ki, onlar susacaqlar, çünki deməyə də heç bir sözləri qalmayıb...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə