Rusiyanın hərbi həkimləri Suriyada yaralanmış RT telekanalının jurnalist-reportyoru Vəfa Şabruninin həyatını xilas ediblər. SİA xəbər verir ki, bu barədə Rusiyanın ria.ru saytı yazır. Qeyd lunur ki, Şabruni Suriyanın Məarat-ən-Numan şəhərində minanın partlaması nəticəsində ağır yaralanıb.
“Müdafiə naziri Sergey Şoyqunun qərarına görə, Rusiyaya məxsus hərbi birliyin həkimləri qısa zamanda Həma şəhərinin xəstəxanasına səfər ediblər. Həmin günün axşam saatlarında isə, Hmeymi aviabazasından Həmaya rus helikopteri göndərilib.
“Təxirəsalınmaz tibbi yardımdan sonra Vəfa Şabruni həkimlərin müşayiəti ilə Hmeymi aviabazasına çatdırılıb”, bildirilən xəbərdə qeyd olunur ki, hazırda Şabruninin Rusiyaya aparılması və müalicəsini orada davam etdirilməsi işləri görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB