ATƏT-in Minskdəki ofisi bağlandı

ATƏT-in Minskdəki ofisi bağlandı

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Belarusun paytaxtı Minskdəki ofisi fəaliyyətini dayandırmalı olub. SİA-nın "RİA Novosti" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Belarus hökuməti ATƏT ofisinin mandatını uzatmaqdan imtina edib.

Hökumət qərarını Belarusda ofisin fəaliyyət göstərməsi üçün heç bir obyektiv əsasın olmaması ilə izah edib. Qərarın ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Belarusda keçirilən prezident seçkisi ilə bağlı hesabatından sonra verilməsi diqqət çəkir.

Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu Belarusda 19 dekabr 2010-cu ildə keçirilən prezident seçkisini sərt tənqid edib. Təşkilatın seçkilərin nəticələri ilə bağlı hesabatında səslərin hesablanması zamanı şəffaflığın olmadığı və müxalifət fəallarına qarşı zorakılığın müşahidə edildiyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə