Jurnalist ofisləri bağlanılır, 450 nəfər işdən çıxarılır
Bu günlərdə məlum olub ki, Böyük Britaniyanın və dünyanın ən nüfuzlu media qurumlarından olan BBC-də kültəvi ixtisarlar baş verəcək. SİA xəbər verir ki, artıq BBC-nin Beynəlxalq xəbərlər şöbəsi, “Nevsnight” və “Radio 5 live” adlı radioyayım qurumu əsas olaraq, digər xidmətləri də bu ixtisarlarda tərkib yer alacaq. Bildirilir ki, 2020-ci ildə BBC-nin bir sıra ölkələrdəki jurnalist ofisləri qapadılacaq.
Bu, media qurumunun yaşadığı iqtisadi böhranla bağlıdır?
Britaniya mediası yazır ki, hətta şirkətdə ən çox əməkhaqqı alan və tanınmış aparıcıların da işdən çıxarılacağı qərarı var. “450 nəfərin işdən çıxarılması BBC-yə imkan verəcək ki, 80 milyon funt sterlinq maliyyəyə qənaət etsin”, deyə yayılan məlumatdan belə bir nəticə çıxarmaq olar ki, bu, media qurumunun yaşadığı iqtisadi böhranla bağlıdır.
Qeyd edək ki, BBC eyni həmçinin Böyük Britaniyanın ictimai televiziyası hesab olunur.
Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB