Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı İmamzadə kompleksi və Şəhidlər Xiyabanında aparılan yenidənqurma işləri ilə tanış olub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı İmamzadə kompleksi və Şəhidlər Xiyabanında aparılan yenidənqurma işləri ilə tanış olub
Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev İmamzadə kompleksi və Şəhidlər Xiyabanında aparılan yenidənqurma işlərinin gedişi ilə maraqlanıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, icra başçısı ilk olaraq şəhidlərin xatirəsinə ucaldılmış abidənin yenidənqurmn işləri ilə maraqlanıb. Burada şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşüb. E.Vəliyev bildirib ki, şəhid ailələrinin və Qarabağ müharibəsində sağlamlıqlarını itirən əlillərin ailələri bundan sonra da dövlətin diqqət və qayğısını hiss edəcəklər. Bunun üçün yerlərdə məmurlar bu kateqoriyadan olan vətəndaşların sosial şəraitlərinin yaxşlışdırılmasına, əhalinin problemlərinin həllinə səy göstərməlidirlər. Yenidən qurulacaq Şəhidlər Xiyabanında şəhid məzarları yeni görkəmdə onların yaxınlarına təqdim olunub.
Qeyd edək ki, ucaldılan abidə 8 guşəli olacaq. Tikilinin ümumi hündürlüyü 10 metrə yaxındır. Gümbəz şəklində hazırlanacaq tikilinin artıq təməli qoyulub və sütunlarının inşası aparılır. Rəsmi məlumatlara görə, Gəncə şəhəri üzrə Qarabağ döyüşlərində 360-dan artıq insan şəhid olub. Onlar arasında şəxsiyyəti dəqiqləşdirilməyən soydaşlarımızın sayı yetərincədir. Şəhidlər xiyabanından sonra Elmar Vəlyev İmamzadə kompleksində aparılan yenidənqurma işlərinin vəziyyəti ilə tanış olub. Burada icra başçısına işlərin hazırki durumu barədə son məlumatlar verilib. E.Vəliyev tikinti yerlərini gəzib, əlavə tapşırıqlar verib.
Məlumat üçün bildirək ki, tarixi abidənin yenidən qurulması üçün Prezidentin ehtiyat fondundan təxminən 3 mln. manat dəyərində vəsait ayrılıb. Hazırda ümumi sahəsi 2,5 ha olan ərazidə uzunluğu 100, eni 15 metr olan yeni kompleks tikilir. Hansı ki, ziyarətgahda 5 böyük, 36 kiçik gümbəz inşa olunacaq. Tikintidə əsasən yerli matieriallardan xüsusilə, Gəncənin rəmzi olan qırmızı kərpicdən istifadə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə