"Belə bir sənədin ortaya çıxması təəssüfedicidir" ÖZƏL-MÜNASİBƏT
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropada KİV-lərin azadlığına və jurnalistlərin təhlükəsizliyinə dair qəbul etdiyi 2317 saylı Qətnamədə Azərbaycana qarşı əsassız tənqidlərin səsləndirilməsi təəssüf doğurur”. Bunu SİA-ya açıqlamasında “Kaspi”qəzetinin Baş redaktoru İlham Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, bu gün Azərbaycanda islahatların vüsət aldığı, parlament seçkilərinin keçirildiyi, seçkilərin, normal, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün bütün şəraitin yaradıldığı bir dövrdə belə bir sənədin ortaya çıxması təəssüfedicidir: “Biz uzun müddətdir ki, AŞPA-nın üzvüyük və orada baş verən prosesləri izləyirik. Əgər ümumiləşdirsək belə qənaətə gəlmək olar ki, bu təşkilatda Azərbaycan əleyhinə fəaliyyət göstərən bir qruplaşma var. Onlar mütəmadi olaraq Azərbaycanla bağlı bu cür qeyri-obyektiv, reallığa uyğun olmayan sənədlərin qəbul olunmasına çalışırlar. Amma bunlar yersiz cəhdlərdir. Azərbaycan-AŞPA münasibətləri ümumiyyətlə sağlam əsaslar üzərində qurulub. Hələ ilk illərdən başlayaraq Azərbaycan nümayəndə heyəti AŞPA-nın işində çox aktiv və məhsuldar fəaliyyət göstərir. Azərbaycanda medianın durumu, yuxarıda qeyd olunan məsələlərlə bağlı hər şey göz önündədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB