Müxalifətin məşğul olduqları fəaliyyət siyasi fəaliyyət deyil RƏY-ÖZƏL

"Müxalifətin dağıdıcı qanadının xarici maraqlı dairələrə yarınmaq üçün müxtəlif vasitələrdən yararlanmalarına baxmayaraq istəklərinə tam nail ola bilmədiklər". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, Azərbaycanın siyasi arenasında doğurdan da çox qəribəliklər var: "Xüsusilə də radikal müxalifət düşərgəsini nəzərdə tuturam. Bu düşərgədə mövcud olan partiyalar doğurdan da uzun illərdi ki, müxalifətdədirlər, bunların fəaliyyətini araşdıranda və dərindən baxanda görürsən ki, onların sərgilədiyi davranışla siyasi fəaliyyət haqqında nəzəriyyələr arasında çox ciddi fərq var. Əslində isə onların məşğul olduqları fəaliyyət siyasi fəaliyyət deyil. Çünki siyasi fəaliyyət tamamilə başqadır.

Ümumiyyətlə, bu gün müxalifət partiyaları hər biri ayrı-ayrı şəxslərin ətrafında birləşiblər və onların maraqlarını ifadə edirlər. Bu gün o partiyalar demokratiyadan və insan haqlarında danışsalar da o partiyalarda idarəçiliyin demokratiya ilə heç bir əlaqəsi yoxdur. Yəni yuxarıda başqa tərəfindən qəbul edilən qərar aşağılara sırınır. Əgər doğurda da bu partiyaların özlərinin də dediyi kimi demokratizm təmin olunsaydı çox yox bircə seçkini uduzduqlarına görə o partiyada müzakirələr gedərdi və o partiyanın sədri ordan uzaqlaşdırılardır. Amma biz bunun əksini görürük, görürük ki, onlar sədrlikdən elə möhkəm yapışıblar ki, hətta belə o partiyadan gedəndə özlərini lider kimi saxlayırlar və bir başqasını ora başqan qoyurlar özləri isə bir lider kimi qalırlar və idarə edilər kənardan. Sərgilədikləri “fəaliyyət” onlara heç bir uğur gətirmədi. Əslində onlar getdikcə nüfuzdan düşməyə başladırlar.

Demək olar ki, bu gün müxalifətin işi-gücü ancaq ağa-qara demək və Azərbaycan dövlətinin fəaliyyətinə kölgə salmaqdan ibarətdir. Bu isə haqlı olaraq hiddətə və qəzəbə səbəb olur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə