Məşhur dissident və rusiyalı müxalif politoloq Vladimir Bukovski bu gün Mixail Qorbaçovun həbs olunmasına order verməyi rədd edən London məhkəməsinin qərarına etiraz etməyi planlaşdırır. SİA- nın rus mənbələrinə istinadən verdiyi məlumata görə, Bukovski onu Litvanın, Azərbaycanın və Gürcüstanın sadə vətəndaşlarına qarşı cinayət törətməkdə günahlandırır. Müraciətin mətnini "Exo Moskva" radiostansiyasının baş redaktorunun müavini Vladimir Vorfolomeyev öz "Canlı" jurnalında yayımlayacaq.
Xatırladaq ki, dünən London məhkəməsi Mixal Qorbaçovun həbsinə orderin verilməsini rədd etmişdi.
Qeyd edək ki, Qorbaçov 80 illik yubileyini Londonda qeyd edir. Çərşənbə günü orada Qorbaçov tərəfindən təsis edilən "Man Who Changed the World" (Dünyanı dəyişən insan) adlı mükafatlandırma mərasim keçirilib. Mükafata CNN-nin təsisçisi Ted Törner, keniyalı mühəndis Evans Vadonqo və britaniyalı alim Ser Timoti Con Berners-Li layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB