Rayon İcra Hakimiyyətinin başçısı: “Sabirabadda heç bir mitinq və aksiyadan söhbət gedə bilməz” - MÜNASİBƏT
Sabirabad rayonun Qasımbəyli, Əsgərbəyli, Muradbəyli vəAxtaçı kəndlərində 30 mart tarixdə saat 11-də keçirilən aksiyası bəzi siyasi dairələrin məlumatının tam əksi olaraq rayon rəhbərliyinin sakinlərlə görüşi idi.
SİA-nın Şirvan bürosunun verdiyi məlumata görə, Qasımbəylidə keçirilən görüşə ətraf kəndlərində sakinləri gələrək icra başçısı Heydər Abbasova problemlərini bildiriblər. Bizimlə söhbət edən sakinlərdən Soltanzadə Nahid, Atkişiyev Abuzər, Hüseynov Aftandil və Bayramov Məhəmməd bildiriblər ki, daşqından ziyan çəkmiş sakinlərə veriləcək kompensasiyaların ödənilməsində icra nümayəndəsi Babaxan Ənnağıyevin ədalətsizlik etdiyi və qanun pozuntusuna yol verdiyi üçün onun işdən azad olunmasını rayon rəhbərliyindən xahiş etmişik. İcra başçısı isə jurnalistlərə açıqlamasında bildirib ki, biz mütamadi olaraq kəndlərdə görüşlər keçiririk.
"Bu gün də Qasımbəylidə sakinləri dinlədim və mənə olan problemlərdən kanalların qazılması, su nasoslarının qurulması məsələsini qaldırdılar və həqiqətən əkin sahələrinin suvarılmasında çətinliklər mövcuddur. Məsələ ilə bağlı artıq müvafiq işlərin görülməsinə başlanılacaq. Burada heç bir mitinq və aksiyadan söhbət gedə bilməz. Kənd icra nümayəndəsi Babaxan Ənnağıyevin fəaliyyətindən sakinlər narazı olduqları üçün dünən işdən azad olunması ilə bağlı ərizəsi alınmışdır. Artıq həmin şəxs tutduğu vəzifədən azad edilib", icra başçısı qeyd edib.
Kənd sakinləri də öz növbələrində onlardan siyasi məqsədlər üçün istifadə etmək istəyənlərə sərt mesaj verərək adlarının istifadə olunmasında kəskin narazılıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB