“Avropa Şurası bu gün böhran vəziyyətindədir“

Avropa Şurası bu gün böhran vəziyyətindədir“. “Report”un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

“Bu gün AŞPA-nın qış sessiyası zamanı 8 ölkənin nümayəndə heyətinin səlahiyyətinə etiraz edildi. Bu, o deməkdir ki, biz bu gün böhran vəziyyətindəyik. Bizim Ermənistandan olan həmkarlarımız Azərbaycan haqqında burda birmənalı fikirlər söyləyirlər. Başqa ölkənin torpaqlarını işğal edən, qırğınlara yol verən, qadın və uşaqları qətlə yetirən bir ölkənin nümayəndələri hansı haqla belə bəyanatlarla çıxış edirlər“, - o qeyd edib.

S.Seyidov fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini və AŞPA nümayəndə heyətinin seçkiləri müşahidə etmək üçün dəvət olunduğunu xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...