“Dövlət öz mövcudluğuna son qoydu...” "168 JAM"

Ermənistanda dərc olunan “168 jam” nəşrinin yazdığına görə, Nikol Paşinyan Konstitusiya məhkəməsinin sədri Hrayr Tovmasyanın mənzilində aparılan axtarışa görə “yalnız qırmızı” xətti keçməyib, əslində onu bütünlüklə məhv edib. SİA xəbər verir ki, erməni nəşrinin dərcini panorama.am ictimailəşdirib.

“Nəhayət, son 200 ildə ümumdünya tarixində bir dəfə də rastlanmayan ölçüyəgəlməz hadisə baş verdi, ən ali məhkəmə orqanı təqibə məruz qaldı”, yazılan məqalədə bildirilir ki, bu kimi “qırmızı xəttlərin” məhvi bir sıra mühüm nəticələrdən ən mühümünə gətirib-çıxardı...dövlət öz mövcudluğuna son qoydu”, yazılan yazıda daha sonra bildirilir: “Dövlətin əsas funksiyası ondadır ki, bu kimi “qırmızı xəttləri” qoysun və onlara əməl etsin. Nikol Paşinyan isə onları kirlədərək, dağıdaraq dövlətin bütün funksiya və kriteriyalarını məhv edir.

Yeri gəlmişkən, bunun növbəti sübutu dünən parlamentdə müşahidə edilən “quzuların susqunluğu” mənzərəsi oldu. Harada ki, həmin vaxt orada “əhəmiyyətli” və çoxsaylı problemlər müzakirə olunurdu, harada ki, müxalifət növbəti dəfə yüksək səslə sübut etməyə çalışırdı ki, o müxalifətdir, lakin belə bir vəziyyətdə öz ölümünü belə görmədi”.
Qeyd edək ki, son günlər Ermənistanda Konstitusiya məhkəməsinin sədri Hrayrt Tovmasyanın mənzilində aparılan axtarışla bağlı ölkə ictimai rəyində Nikol Paşinyan hökumətinə qarşı kəskin ittihamlar səsləndirilir, ölkəni 1937-ci ilin repressiyalarına doğru sürüklədiyini bildirirlər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə