“Baş verənlər “yeni Ermənistanın” repressiya məntiqinə yazılır” SİYASİ TƏQİB

“Hrayr Tovmasyana qarşı irəli sürülən ittiham öz xarakterinə görə elədir ki, onu hətta təsəvvürə gətirmək mümkün deyil. Məhkəmə hansı hüquqi çərçivədə axtarışın aparılmasına icazə verib?”. SİA xəbər verir ki, hakimiyyətin Konstitusiya Məhkəməsinin sədrinin evində axtarışın aparılması ilə verilən qərarını “Ədalət yolu” ictimai təşkilatının həmtəsisçisi Ruben Melikyan news.am-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Tovmasyanın vəkili Konstitusiya məhkəməsinin rəhbərinə qarşı başladılan işləri qanunsuzluq və repressiya adlandırıb.

“Özü də, ona qarşı ittihamın irəli sürülməsinin üzərindən təxminən 25 gün keçdikdən sonra”, xatırladan Melikyan bildirib ki, bu eyni zamanda cinayət-prosesual, konstitusiya-hüquq və taktiki-istintaq məntiqinə uyğun gəlmir: “Ancaq bütün bunların yerinə, baş verənlər “yeni Ermənistanın” bilavasitə repressiya məntiqinə yazılır.Mən çox istərdim ki, axtarışa icazə verilən məhkəmə aktını görüm”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə