Əli Kərimlinin “döyülən”, “söyülən” cinayətkarları, yoxsa..? - TƏRS BAXIŞ

AXCP sədrinin əlaltısı Əlizamin Salahovun ətrafında yaradılan süni səs-küyün arxasında daha hansı maraqlar dayanır?

Sirr deyil ki, “quyruğu qapı arasında” qalan kimi, AXCP sədri Əli Kərimlinin ilk işi özünün və yan-yörəsinin ətrafında süni səs-küy yaratmaq cəhdləri olur ki, bu cəhdlərin arxasında əlbəttə ki, onun öz şəxsi “maraqları” dayanır. Müxtəlif xarici təşkilatlardan nə olursa-olsun, ya da hansı yolla olursa-olsun, nə isə qoparmaq həvəsi ilə yaşayan, siyasəti biznesə çevirən Ə.Kərimli üçün onun tərəfdarının hansı yolun adamı olması pproblem deyil. Məsələ də ondadır ki, bu gün sosial şəbəkələrdə ictimai asayişi pozan bir fərdin – Ə.Salayevin guya ki, həbs olunduqdan sonra “təzyiqlərə” məruz qalması ətrafında şou yaradan AXCP sədri guya bilmir ki, həmin cəbhəçi aşırı sərxoş vəziyyətdə vətəndaşlara sataşıb, üstəlik polisin qanuna tabe olma çağırışlarına tabe olmayaraq, vəziyyəti daha da gərginləşdirib. Nəticədə o, məhkəmənin qərarı ilə 30 suktalıq həbs olunub. Məhz bu olaydan dərhal siyasi sirk tamaşas düzəltməyə cəhd edən Ə.Kərimli və onun sosial şəbəkədəki trolları özlərindən ağılasığmaz “iddialar” yaymaqla ictimai rəyi çaşdırmağa çalışıblar.

Bəs rəsmi məlumatda hansı faktlar var?

Yeri gəlmişkən, onu da xatırladaq ki, cəbhəçinin həbsi ilə bağlı DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuata açıqlamasında qeyd edib ki, sosial şəbəkələrdə bu barədə yayılan məlumatlar yalandır: “Bir qrup adını çəkmək istəmədiyim şəxslər var ki, onlar cinayət törədən, qayda-qanunu pozan vətəndaşı müdafiə etməyi özlərinə peşə seçiblər. Bu gün də həmin şəxslər paytaxtın Səbail rayonu ərazisində sərxoş vəziyyətdə ictimai asayişi pozaraq polisin qanuni tələblərinə tabe olmadığı üçün məhkəmənin hökmü ilə inzibati qaydada həbs olunan Ə.Salayevin ətrafında şou yaradırlar. Qəti şəkildə bildirirəm ki, Ə.Salayevin saxlanma şəraiti, həmçinin ona qarşı təzyiqlərin olması və işgəncəyə məruz qalması barədə səsləndirilən iddialar əsassızdır. İnzibati qaydada həbs olunan Ə.Salayev vəkili Cavad Cavadlı ilə görüşüb. Vəkili onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. Hətta bu gün Əlizamin Salayevin oğluna zəng edilərək atası ilə görüşməsi təklif olunub. Oğlu isə işi olduğu üçün sabah görüşə biləcəyini deyib. Bir daha qeyd edirəm ki, sosial şəbəkələrdə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”.

Göründüyü kimi, polis sadəcə öz işini görüb və ictimai asayişin mühafizəsini həyata keçirib, aşırı sərxoş olan bir şəxsin xuliqanlıq hərəkətlərinin qarşısını qanunamüvafiq şəkildə alıb. Bütün bunlardan sonra Ə.Kərimlinin sosial şəbəkə klounlarının haray-şivən salmaq səyləri isə belə bir sualı verməyə zəmin yaradır: Ə.Salayevin bu davranışları doğruymuş hətta o ictimai asayişi pozmaqla, vətəndaşların gediş-gəlişlərinə mane olan özünübilməz hərəkətləri ilə düz hərəkət edib?

Xalq hələ də AXC-Müsavat cütlüyünün hakimiyyəti zamanı polis özbaşınalıqlarını, silahlı reketçilik əməllərini, vətəndaşlara, müxtəlif dükan-bazarlara silahlı basqınları unutmayıb

Yaxud, digər bir məntiq də ortaya çıxır. Əgər bu gün Ə.Kərimli belə şəxslərin hərəkətlərinə cavab olaraq, həbs edilmələrini siyasiləşdirməyə cəhdlər göstərirsə, həmin cəhdləri srasında ona “təzyiqlərin” göstərildiyini iddia edirsə, demək onun özünün düşüncəsində belə bir yanaşma mövcuddur. Daha dəqiq desək, əgər Allah eləməsin, AXCP sədri hakimiyyətdə-filan olsaydı, güc strukturları onun belə düüncə tərzi ilə fəaliyyət göstərərdi. Çünki belə sərsəm iddialara, yanaşmalara, dar düşüncələrə yalnız AXCP sədri malik ola bilər!

Belə də ki, xalq hələ də AXC-Müsavat cütlüyünün hakimiyyəti zamanı polis özbaşınalıqlarını, silahlı reketçilik əməllərini, vətəndaşlara, müxtəlif dükan-bazarlara silahlı basqınları unutmayıb. Bu cinayətlər məhz Ə.Kərimlinin də dövlət müşaviri işlədiyi zamanlarda baş verib. İndi isə, həmin cinayətlərin və cinayətkarların başında oturmuş birinin – Ə.Kərimlinin düşüncə tərzinin hələ də o zamanlarda qalması şəxsən məndə heç bir təəccüb doğurmur.

İnkişafdan, tərəqqidən, demokratik dəyərlərdən kənarda qalan AXCP sədri yaxşı olardı ki, ətrafındakı cinayətkarların “döyülməsi”, “söyülməsi” kimi sərsəm fikirlərini ictimai rəyə zorla sırımağa çalışmaqdansa, getsin partiyası daxilində tətbiq etdiyi anti-demokratik mühitə, avtoritar idarəçiliyə, iki onillikdən artıqdır ki, oturduğu sədrlik kürsüsünü kimsəyə təhvil vermək istəməməsi maraqlarına yenidən nəzər salsın. Onsuz da belə hay-küylər, xüsusilə xuliqanlıq edən, iki dəfə həbsdə olan birinin “müdafiəsinə” qalxan hay-küyçülərə kimsə dəstək göstərməməklə yanaşı, heç inanmayacaq da. Necə deyərlər, “it hürər, karvan keçər...”

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə