Londonda Qəddafinin müqəddəratı müzakirə olunacaq

Londonda Qəddafinin müqəddəratı müzakirə olunacaq

Liviyanın gələcəyi Londonda 40-a yaxın ölkənin iştirak edəcəyi toplantıda müzakirə olunacaq.

SİA-nın xəbərinə görə, Türkiyəni xarici işlər naziri Əhməd Davudoğlunun təmsil edəcəyi toplantıda BMT-nin baş katibi Pan Gi Mun, ABŞ dövlət katibi Hillari Klinton, Ərəb Birliyi və Afrika Birliyi təşkilatlarının təmsilçiləri də iştirak edir.

İtaliyanın xarici işlər naziri Franko Frattini toplantıda bəzi ölkələrin atəşkəs planını yenidən gündəmə gətirəcəklərini bildirib. Təklifin Liviya lideri Müammər Qəddafinin sürgünə göndərilməsini, müxalifətlə Liviya əşirətləri arasında müzakirələrin aparılmasını nəzərdə tutduğu bildirilir. Frattini Qəddafinin iqtidardan ayrılması üçün Avropanın Liviyaya qonşu ölkələrdən də yardım istəyəcəyini söyləyib.

NATO-nun baş katibi Anders Foq Rasmussenin də toplantıda NATO-nun hava əməliyyatlarının çərçivəsini gündəliyə gətirməsi gözlənilir. Toplantıda NATO komandanları ilə liviyalı müxaliflər arasındakı əməkdaşlığın sərhədlərinin müəyyənləşməsi məsələsi də müzakirə olunacaq.

İngiltərənin baş naziri Devid Kemeron ilə Fransa prezidenti Nikola Sarkozi toplantının məqsədinin Liviyada keçid prosesinə və Liviya xalqının öz gələcəyini təyin etmə cəhdinə dəstək vermək olduğunu bildiriblıər.

Koalisiyanın BMT qərarının sərhədlərini aşdığını bildirən Rusiya isə London toplantısında iştirak etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə