Ölkə başçısı Davosda Rusiya-Azərbaycan münasibətlərindən danışıb

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərinin gələcəkdə davamlı inkişaf edəcəyinə əminliyini ifadə edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Davosda Dünya İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.

Rusiyaya məxsus mətbuat orqanının məlumatına görə Azərbaycan Prezidenti Rusiya hökumətindəki dəyişikliyi şərh etməyib.
"Bu, Rusiyanın daxili işidir, ona görə burada heç bir şərh yoxdur. Əminəm ki, Rusiya-Azərbaycan münasibətləri gələcəkdə davamlı olaraq inkişaf edəcək" deyə İlham Əliyev bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə