Göygölə çəkilən su xəttinin 1-ci mərhələsi yekunlaşmaq üzrədir

Göygölə çəkilən su xəttinin 1-ci mərhələsi yekunlaşmaq üzrədir

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Göygöl rayonun içməli suya olan tələbatı yaxşılaşdırılır. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu məqsədlə rayona yeni daimi su xətti çəkilir.

 

Yeni xəttin istifadəyə verilməsi ilə əhali əkin sahələrini də fasiləsiz suvara biləcək. Yeni su xəttinin uzunluğu təxminən 24 kilometr 800 metrdir. Su xətti Kürək çayından başlayacaq. İnşaat işlər AzərAqrar Tikinti Səhmdar Cəmiyyətinin "AzərKörpü Tikinti" Firmasına həvalə olunub. Mütamadi olaraq "Azərsu"ya, həmçinin digər qurumların rəsmilərinə işin gedişi ilə bağlı məlumat verilir. Qurumun baş mühəndisi Məhəmməd Əzizovun verdiyi məlumata görə, iki mərhələdə çəkilişi aparılacaq su xəttinin 1-ci mərhələsi yekunlaşmaq üzrədir. Bu günə kimi 355 diametirlik borularla 5 kilometr məsafədə çəkliş işləri yekunlaşıb. Bundan əlavə 6500 metr üzrə 400 diametrli kəmərin çəkilişi tam hazırdır. Ərazinin çətin relyefi nəzərə alınaraq xüsusi quyular qazılıb. Bu da nəticə etibarı ilə hündür yerlərdə suyun normal şəkildə çıxmasını təmin edəcək.

 

İkinici mərhələyə iyun ayından start verilməsi nəzərdə tutulub. Layihə-smeta sənədləri tam hazır olmasa da 2-ci mərhələnin təxminən 2 il davam edəcəyi planlaşdırılır. Bu mərhələdə rayonun içməli su xəttinin çəkilişinin yekunlaşdırılması ilə yanaşı Göygölün kanalizasiya sistemi də təzələnəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə