İAK Fariz Bədəlovun öldürülməsi ilə bağli qətnamənin surətini BMT nümayəndəsinə təqdim edib

İAK Fariz Bədəlovun öldürülməsi ilə bağli qətnamənin surətini BMT nümayəndəsinə təqdim edib

İsveç Azərbaycanlıları Konqresinin (İAK) nümayəndəsi Nadir Hollenbrand Birləşmiş Millətlər Təşkilatının səlahiyyətli nümayəndəsi ilə görüşərək Azərbaycan Respublikasının Ağdam rayonu Orta Qarvənd kənd sakini 9 yaşlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat verib.

 

SİA-nın xəbərinə görə, martın 28-də baş tutan görüşdə İsveç Azərbaycanlıları Konqresinin nümayəndəsi azyaşlı azərbaycanlı uşağın snayper tərəfindən öldürülməsini erməni vəhşiliyinin növbəti təzahürü kimi səciyyələndirib.

 

Görüşün sonunda Nadir Hollenbrand BMT nümayəndəsinə Fariz Bədəlovun öldürülməsi ilə bağlı İsveç Azərbaycanlıları Konqresinin qəbul etdiyi qətnamənin surətini təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə