İran Azərbaycanla sərhəddə təbii maneələrdən başqa süni maneələrin inşasına başlayır

İran Azərbaycanla sərhəddə təbii maneələrdən başqa süni maneələrin inşasına başlayır

İran yaxın gələcəkdə sərhədlərdə yeni hava hücumundan müdafiə (HHM) bazaları yaradacaq. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu İran İslam Respublikası Sərhəd Qoşunlarının komandiri, general Hüseyn Zülfüqari deyib. O, qeyd edib ki, əsas məqsəd sərhəd təhlükəsizliyinin təmini və hava nəzarətinin təkmilləşdirilməsidir: "Ötən il ölkə sərhədlərində elektron texnologiyalar quraşdırılıb. Məhz bu məqsədlə ölkə sərhədlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə xüsusi-plan hazırlanıb və yaxın günlərdə təsdiq olunacaq".

Qeyd edək ki, İran hakimiyyəti illərdir ki, İranin müxtəlif sərhəd bölgələrində yaşayan azlıqların əlaqələrini sərhədin o biri tərəfindəki qardaş millətlərlə kəsməyə çalışır. Buna görə də Sistan və bəlucistanlıları Əfqanıstan və Pakistanda yaşayan Bəluç və Sistandan ayırmağa və oların sərhədinə hasar çəkməyə çalışır.

Əlbəttə ki, İran rəsmiləri bunu qaçaqlarla mübarizənin bir yolu kimi təbliğ edirlər. Birinci dəfədir ki, İranın sərhəd polisi Azərbaycan Respublikası ilə İran Azərbaycanı arasında təbii maneələrdən başqa süni maneələrin inşası xəbərini təsdiq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə