Samux rayonunda yaz aylarında baş verə biləcək sel təhlükəsinin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərə başlanılıb. Kür çayı və rayonun kəndlərindən keçən digər çaylarda sahil bərkitmə işlərinin görülməsi nəzərdə tutulur.
Samux rayon Qarayeri Bələdiyyəsinin sədri Nizami Ələsgərovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, ötən il Qoşqar çayının ziyan vurduğu Qarayeri qəsəbəsində işlər sürətləndirilib.
Çay məişət tullantılarından təmizlənir və qazılaraq dərinləşdirilir. Əraziyə ilkin mərhələdə 3 texnika cəlb olunub. Gələcəkdə texnikanın sayı 10-a çatdırılacaq. Artıq təhlükəli hesab olunan 200 metr ərazidə qazma işləri aparılıb və çay dərinləşdirlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB