Gəncə şəhərində yaşıllaşdırma aksiyası keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, aksiyada şəhər İcra Hakimiyyətinin rəsmiləri, müxtəlif idarə və müəssisələrin kollektivləri, həmçinin ali məktəblərin tələbələrindən ibarət 10 mindən artıq insan iştirak edib.
Yaşıllaşdırma aksiyasında Nizami Gəncəvinin uyuduğu məqbərənin ətrafına təxminən 7 mindən artıq şam və kiparis ağacları əkilib. Bitkilərin suvarılması ilk olaraq xüsusi avtomobillərlə təmin edilsə də ərazidə yeni artezian qazılacaq.
Gəncə şəhər Yaşıllaşdırma İdarəsinin rəisi İxtiyar İsgəndərovun SİA-ya verdiyi məlumata görə, sözügedən ərazidə şam və kiparis ağacları daha yaxşı inkişaf edir. Ümumilikdə, şeyx Nizaminin məqbərəsi ətrafında yeni yaşıllıq zolağının salınmasına başlanılıb. Gəncə - Bakı magistral yolunun 7-ci kilometrliyində yolun sağ və sol hissələri torpaq qatları ilə nizama salınır.
Bu məqsədlə əraziyə 40-dan artıq ağır texnika cəlb olunub. İşlərin tamamlanmasının ardından yol boyu şəhərin giriş hissəsinə kimi təxminən 3600 metr məsafəyədək dekorativ kol və ağac bitkiləri basdırılacaq.
İlkin məlumatlara görə, əraziyə 500 min ağac əkiləcək. Beləliklə, də Gəncə Gil Topraq İstehsalat Birliyinin tullantılarının şəhərə vurduğu ziyanın qarşısı da qismən alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB