Bu gün Ağstafa, Ağdaş və Şamaxıda qaz olmayacaq

Bu gün Ağstafa, Ağdaş və Şamaxıda qaz olmayacaq

Təmir işləri ilə əlaqədar bu gün saat 09:00-dan 18:00-dək "Ağdaş" və "Şəmsabad" qazpaylayıcı stansiyalarında, Dağkəsəmən avtomatlaşdırılmış qazpaylayıcı stansiyasında, Köçəsgər qazpaylayıcı stansiyasından Ağstafa rayonuna gedən qaz kəmərində, həmçinin Şamaxı, Mədrəsə və Çuxuryurd açıq qazpaylayıcı stansiyalarında təbii qazın təchizatı dayandırılacaq.

 

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmir işləri aparılan müddətdə Ağstafa rayonunun Poylu, Taplı, Dağkəsəmən kəndlərinin, eləcə də Ağdaş və Şamaxı şəhərlərinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə