Human Rights Watch erməni təşkilatı rolunda TƏHLİL

Təkcə erməni lobbisi deyil, həmçinin dünyada erməniprəst qüvvələrin olduğu günümüzün reallığıdır və bu qüvvələrin fəaliyyəti də yalnız ermənilərin mənafelərinin ədalətsizcəsinə müdafiəsindən ibarətdir. Hətta çox təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar arasında da bəzilərinin ermənipərəst mövqe nümayiş etdirildiyinin, ikili standartlar tətbiq edildiyinin dünya ictimaiyyəti çoxdandır ki, şahididir.
Yenə də təəssüflə bildiririk ki, Human Rights Watch kimi bir təşkilat da məhz beləcə ikili srandartlar tətbiq edərək fəaliyyət göstərir və özünün ermənipərəst mövqeyi ilə digərlərindən hətta kəskin şəkildə seçilir. Əslində, adından da göründüyü kimi humanizm prinsplərini rəhbər tutmalı, tərəfsiz mövqe sərgiləməli, həqiqətən də humanizmi tərənnüm etməli olan bir təşkilatın belə bir ədalətsiz yanaşması həm təəccüb doğurur, həm də təəssüf hissi yaradır. Çünki, Azərbaycan torpaqlarını zəbt edərək az qala əsrin üçdə birinə yaxın müddətdə qəsbkarlıq siyasətini davam etdirən, soyqırımlar törədən, Xocalı kimi insanlıq dramına imza atan, insanları bu müddət ərzində yurd-yuvalarından didərgin salan və insanlığa sığmayan daha hansı əməllər törədən bir toplumu, erməniləri müdafiə etmək heç bir beynəlxalq təşkilatın işinə, fəaliyyətinə uyğun deyil və hətta nizamnamələrinə də tamamilə ziddir.
Maraqlıdır, niyə bu təşkilat, yəni Human Rights Watch kimi bir beynəlxalq qurum ermənilərin mənafelərini qoruyaraq ədalətsizlik nümayiş etdirir, ikili yanaşma tətbiq edir? Axı bu erməni sevgisi bu təşkilatda hardan əmələ gəlib, deyə düşündükdə, sözügedən təşkilatın Yaxın Şərq və Şimali Afrikadakı icraçı direktoru Sarah Lee Witsonu yada salmamaq mümkün deyil. Onun bu vaxta qədərki fəaliyyəti, ermənipərəst mövqeyi bir tərəfə, hətta erməni əsilli olduğu da diqqəti cəlb edir. Sarah Lee Witson öz müsahibələrində, bunu ondan soruşmasalar belə nəinki erməni sevgisini, hətta erməni əsilli olduğunu da özü etiraf edir. Dəfələrlə Ermənistanda olduğunu, hətta qızını da apardığını gizlətmir. Onu da gizlətmir və etiraf edir ki, istəyi özü kimi övladında da erməni sevgisini oyatmaqdır.
Human Rights Watch kimi bir beynəlxalq qurumun Yaxın Şərq və Şimali Afrikadakı icraçı direktoru, mənim üçün ən vacibi ermənilərin mənafelərini nəzərə almaqdır deməklə də öz mövqeyini açıq-aşkar söyləməkdən çəkinmir. Ermənilərin arxasında dayanmaq istəyirəm fikri də Sarah Lee Witsona məxsusdur. Əbəs yerə deyil ki, sözügedən təşkilatın icraçı direktoru ermənilərə dəstək verilməsini istəyir. O, Suriyada günü-gündən qızışan müharibə kontekstində, Suriya-Ermənistan cəmiyyətinə təcili dəstək göstərilməsini tələb edir, yardım səylərini alqışlayır. Hətta o bu müddət ərzində Suriyalı məcburi köçkünlərə, habelə Ermənistana köçənlərə dəstək olmaqdan qürur duyduğunu da söyləyib. Erməni icmasının, Ermənistan hökumətinin və Ermənistan nümayəndələrinin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının iclasında erməni qaçqınların ehtiyaclarının masaya qoyulmasının vacibliyini də vurğulayıb.
Sarah Lee Witson erməni məktəbinə getdiyini deyir. Deyir ki, qondarma "erməni soyqırımı" onun heç zaman fikrindən çıxmayıb. Bu qondarma, dırnaqarası soyqırım barədə qondarma erməni yazarlarının da yazılarını oxuduğunu, "erməni işi" dedikləri məsələlərə diqqət ayırdığını da gizlətmir. Ermənilərin təhsilli olmasını, faktları yaxşı bilməsini arzuladığını bildirən bu qondarma, dırnaqarası humanizm carçısı erməniləri açıq şəkildə müdafiə edir və bunu etiraf etməyi də özünə borc bilir.
Məqsəd bu ermənipərəst icraçı katibin tərcümeyi – halını çatdırmaq deyil və onun kimliyi müzakirə mövzusu ola da bilməz. Məsələnin kökündə nələrin dayandığını aydınlaşdırmaq üçün sadəcə onun kimliyi də yetərlidir. Çünki, o bir ermənidir və bir erməni kimi haqqın, ədaətin, humanizmin deyil, haqsız olduqları halda ermənilərin arxasında dayandığı ifşa olunur. Bir növ bu onun elə erməni xislətindən də irəli gəlir və bunu özü də etiraf edir ki, ermənilərin arxasında dayanmağı özünə borc bilir. Halbuki, humanizmin qoruyucusu kimi özünü təqdim edən bir təşkilatın icraçı katibi olaraq onun ən başlıca vəzifəsi, ən əsas borcu haqsız, vəhşi, terrorçu, ekstremist ermənini deyil, insanlığı müdafiə etmək, haqları tapdalanan, yurd-yuvalarından didərgin salınan insanlara humanizm nümayiş etdirməkdir.
Erməni əsilli, ermənipərəst Sarah Lee Witsonun kimliyi, qondarma fəaliyyəti, ədalətsiz mövqeyi bir yana, bəs nəyə görə Human Rights Watch kimi bir təşkilat da beləcə ikili standart yanaşma tətbiq edir? Nəyə görə humanizmi təbliğ edən, humanizm, insanlıq prinsplərini rəhbər tutan bir təşkilat, insanlığa sığmayan əməllər, terror törədən bir toplumu müdafiə edir? Bu yekəlikdə bir təşkilatı, beynəlxalq qurumu bir erməni əsilli qadın idarə edir, yoxsa, həmin təşkilat özü bu qadının ideyalarına, çürük əqidəsinə qul kimi xidmət edir? Human Rights Watch erməni təşkilatı rolunda niyə çıxış edir?
Hər bir halda bu suallar və faktlar, həmin təşkilatın, yəni, Human Rights Watch kimi bir beynəlxalq qurumun imicinə zərbədir. Hər bir halda, insanlığın müdafiəsi əvəzinə, insanlıq dramı törədənləri müdafiə edən təşkilatın nüfuzundan söhbət belə gedə bilməz. Qurum öz nüfuzunu bir növ olmayan haqlarını tələb edən ermənilərin ayaqları altına ataraq onlara çoxdan qurban verib.
Ən yaxın zamanda Sarah Lee Witson nəinki icraçı katib, heç bu təşkilatın üzvü də olmaya bilər, amma Human Rights Watch kimi bir beynəlxalq qurum bir insanın ambisiyalarına, qərəzli münasibətinə alət olduğuna görə öz nüfuzunu çətin ki, bərpa edə bilə. Ümumiyyətlə, yaxın gələcəkdə bu kimi dırnaqarası beynəlxalq təşkilatların özlərinin beynəlxalq miqyasda müzakirə obyekti olacağı da gözləniləndir. Yəqin ki, Fransanın keçmiş prezidenti Sarkozinin BMT kimi bir təşkilata ünvanladığı ittihamlar artıq dünya ictimaiyyəti üçün də sirr deyil və indi beynəlxalq ictimaiyyətin daha müasir və daha ədalətli, humanist təşkilatlara ehtiyac duyduğu günün reallığıdır. Fransanın keçmiş prezidenti öz ittihamlarında BMT kimi bir mötəbər təşkilatın, beynəlxalq qurumun tərkibində Afrika ölkələrinin, Cənubi Amerika ölkələrinin, Hindistanın, hətta Yaponiyanın da olmamasını irad tutduğu kimi, Human Rights Watch kimi təşkilatların da qarşısında ikili standartlar tətbiq etdikləri, humanizmi deyil, terrorçuları müdafiə etdikləri fakt olaraq qoyulacağı gün uzaqda deyil. Çünki, bu təşkilatlar, bu ermənipərəst qurumlar haqqın, humanizmin yanında olmamaqla, öz nüfuzlarını özləri heçə endirməklə müqəddəratlarını özləri təyin ediblər. Bu müqəddəratın isə sıradan çıxmaq olduğunu özləri hamıdan daha yaxşı başa düşürlər, çünki, bu artıq günün reallığıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə