Mnatsakanyan: "Bu barədə danışmaq hələ tezdir"

Mnatsakanyan: "Bu barədə danışmaq hələ tezdir"

Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Azərbaycan və Ermənistan ölkə başçılarının görüşləri barədə fikir bildirib. Qeyd edib ki, bu barədə danışmaq hələ tezdir. SİA “Sputnik-Armeniya” saytına istinadən xəbər verir ki, erməni XİN rəhbəri bunu “Vətəndaş sazişi” partiyasının məşvərət iclasından öncə jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, son 25 ildə ATƏT-in Minsk qrupu çərçivəsində müxtəlif yanaşmalar və ideyalar formalaşdırılıb. Mnatsakanyan bu meydanı daha effektiv hesab etdiklərini bildirib.

“Bütün bunlar bizim üçün mühüm və prinsipialdır”, deyən erməni XİN rəhbəri qeyd olunanların ilk növbədə onların mövqeyi üçün vacib olduğunu qeyd edib.

Iki ölkənin XİN başçılarının mümkün görüşünə gəlincə isə, Mnatsakanyan iddia edib ki, Ermənistan danışıqlar masasından yayınmağa cəhd göstərmir.

“Ötən il iki ölkənin nazirləri fəal işləyiblər, çoxsaylı görüşlər olub”, ermənilərin xarici siyasət idarəsinin rəhbəri deyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə