"Milli Şura"- "siyasi mühacir" bazarı

"Milli Şura"- "siyasi mühacir" bazarı

"Mühacir" adı ilə "yol göstərən" Əli Kərimli - "baş bazarkom"

Dəfələrlə bu atalar sözünü işlətsək də, məqamı gələndə, təkrar demək heç nəyə dəlalət etmir. Yenə də parlament seçkiləri ərəfəsi, xüsusilə də, "Milli Şura"da "mühacir" adı ilə "yol göstərən" Əli Kərimli "baş bazarkom" olaraq, öz çirkin əməllərini həyata keçirməkdədir. Ancaq bu "baş bazarkom," abırsızcasına hələ də qanmır ki, Azərbaycan xalqı Ə.Kərimli və onun ətrafında olanları çoxdan tarixin qaranlığına göndərib və xalq-iqtidar birliyi bu gün möhkəm təməllər üzərində Azərbaycanı irəliyə aparır. Çünki xalq öz dövlət başçısının yanındadır.

Abırsızda "abır" olmaz

YAP İcra katibinin müavini Siyavuş Novruzov bildirib ki, "siyasi mühacir" "istehsalçılarda" nə abır?! Abırsızdan "abır" gözləmə. O bildirib ki, ümumilikdə götürdükdə dünyanın hər yerində cinayət hadisələri baş verir və buna qarşı müvafiq cəza tədbirləri görülür: "Əgər bir hadisə törədilirsə, birinci növbədə, onun səbəbləri araşdırılır və bununla bağlı ölçü götürülür. Radikal müxalifət o qədər abırsız və çarəsiz hala düşüb ki, artıq məişət zəminində olan hadisələri, hətta yol qəzalarını da ictimailəşdirir və bu hadisələrə siyasi rəng verməyə çalışır. Adi bir hadisə ilə bağlı sosial şəbəkələrdə, internet televiziyalarında müzakirələr açırlar, bu hadisələri də dövlətin "ayağına yazmağa" çalışırlar. Təbii ki, bu istiqamətdə onlara xaricdən göstərişlər verilib. Müxtəlif dövlətlərdən, beynəlxalq təşkilatlardan Azərbaycana müşahidəçilər gələcək və seçki prosesini izləyəcəklər. Radikal müxalifət isə bu ərəfədə seçki prosesinə kölgə salmaq üçün belə çirkin yollara əl atır".
S.Novruzov onu da vurğulayıb ki, bunlar radikal müxalifətin çox uğursuz cəhdləridir: "Onların məqsədi odur ki, nə olur-olsun, Azərbaycan haqqında pis bir fikir formalaşsın. Ancaq onlar nə qədər çalışsalar da, məqsədlərinə nail ola bilməyəcəklər. Çünki xalq onların hansı mərama xidmət etdiyini yaxşı bilir və görür. Odur ki, radikal müxalifət xalqın etimadını tamamilə itirib və xarici qüvvələrin əlində alətə çevrilib".
Bəli, elə bu günlərdə həmin "Milli Şura"nın "siyasi mühacir" biznesinin "baş bazarkomu" ilə yanaşı, Müsavtın "siyasi mühacir istehsal edənləri" Arif Hacılı-İsa Qəmbər cütlüyünün əməlləri ilə bağlı faktlar üzə çıxdıqdan sonra sosial şəbəkələrdə özlərini "aydan arı, sudan duru" göstərməyə çalışırlar.
Ancaq "Müsavat"ın sədri - lideri, başqanı, təsərrüfat müdiri və ilaxır - Arif Hacılının "Anbardar Məmmədxan", "Milli Şura"nın "siyasi mühacir" biznesinin "baş bazarkomu" kimi tanınan Ə.Kərimlilərin partiya rəhbərliyinin vəsiqə və sənəd alveri ilə məşğul olması ilə də bağlı dəfələrlə yazmışıq. Faktlarla sübut edilib ki, bu satqınlar və ətraflarındakı adamlar Avropadakı "mühacirlər"ə vəsiqə satışı şəbəkəsindən əla xəbərdar olsalar da, bunu danırlar. İş biabırçı mərhələsinə çatsa da, özlərinə sığışmırlar. Bax, budur abırsızdlıq!

Xədicə İsmayıl: "AXCP və Müsavat rəhbərliklərində istefa mədəniyyəti də yoxdur, üstəlik, abırsızlıqdır"

Dağıdıcı müxaliflər Vətəni qranta satan abırsızlardır. Hətta bu abırsızlığa dözə bilməyən jurnalist Xədicə İsmayıl belə, «Faceboook» profilində yazıb: "AXCP və Müsavat rəhbərliklərində istefa mədəniyyəti də yoxdur, üstəlik, abırsızlıqdır. Halbuki A.Hacılıda, Ə.Kərimlidə siyasətçiliyin "s" hərfi olsa idi, çoxdan istefa verməli idilər". Bu açıqlamanı görəndə, "daş qayaya rast gəlib" dedim. Bəs nə bilmişdiniz, vaxtilə saxta partiya bileti və "mühacir statusu" satdığınız adamlar indi sizin özünüzü çox ucuz "qiymətə" satırlar.
Onu da qeyd edək ki, elə bu açıqlamasından sonra A.Hacılı və Ə.Kərimlinin dəstəsi X.İsmayılın üzərinə hücuma keçiblər. Onlar çox aqressiv və kobud ifadələrlə "rəqib"i susdurmağa çalışsalar da, "Milli Şura" və Müsavatın siyasi alver kontoruna çevrildiyini elə yazdıqları ilə bir daha sübut ediblər.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə