“Paşinyan ailəsinə başa sala bilmir ki, siyasətə qarışmaq olmaz”
“Paşinyan öz ailəsinə başa sala bilmir ki, siyasətə qarışmaq olmaz”. SİA xəbər verir ki, bunu news.am-a Ermənistan parlamentinin sabiq deputatı Vaan Babayan Nikol Paşinyanın böyük qızı Mariyam Paşinyanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyanla bağlı ictimailəşdirdiyi yazılarına münasibətini açıqlayarkən deyib.
“Paşinyan ailəsinə heç cür başa sala bilmir ki, siyasətə qarışmaq olmaz, anlada bilmir ki, bütün bu kimi məsələlər ona daha ciddi ziyanlar verir”, Babayan qeyd edib. Onun sözlərinə görə, MTX-nin sabiq direktoru kimi, Vanetsyan da bu kimi məsələlərə reaksiya göstərməməli idi.
Sözügedən məsələ ilə bağlı “Vətəndaş anlayışı” ictimai təşkilatının sədri Narek Simonyan da fikrini bildirib. O, qeyd edib ki, dünyadakı dövlət başçılarının ailə üzvlərinin heç biri siyasətlə məşğul olmurlar, Ermənistanda isə, tamamilə ayrı mənzərədir. “Paşinyan sadəcə öz ailəsinə rəhm eləmir. Bu adamın arvadı siyasətlə məşğuldur, qızı siyasətlə məşğuldur. Mənə xəbərdarlıq edirlər ki, danışmayım, uşaqdır, lakin mən Mariyam Paşinyanı yetkin şəxs adlandıraraq, yaşlı insanları təhqir etmək istəmirəm”, Narek Simonyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB