“Müxalifətin əməli xalqımıza qarşı düşmənçilik siyasətidir” RƏY-ÖZƏL

“Müxalifətin əməlinin xalqımıza qarşı düşmənçilik olduğunu bildirdi”. Bunu SİA-ya açıqlamasında AXCP sədri Əli Kərimlinin əmisi oğlu, “Azərbaycan fermeri” qəzetinin baş redaktoru Nuhəli Kərimov deyib. Onun sözlərinə görə, 20 Yanvar hadisələri birbaşa Azərbaycan xalqının müstəqillik dövlətçilik uğurunda apardığı mübarizə idi və müstəqillik uğurunda aparılan mübarizədə şəhidlərimiz oldu: “İnsanlarımızın şəhidlik zirvəsinə yüksəlməsinin nəticəsində biz Azərbaycanımızın müstəqilliyini qazanmışıq. AXC-Müsavat partiyaları və onların zay məhsulları olan liderləri həmişə istəyiblər ki, xalqın üzləşdikləri faciələrdən öz siyasi məqsədləri üçün istifadə etsinlər. Bunla da xaricdəki ağalarına hesabat versinlər ki, guya onlarda çalışır, siyasi fəaliyyət göstərirlər. Ötən il xalqımızın 20 yanvar şəhidlərimizi ziyarət edən bir vaxtda Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı və digərləri hay-küyləri ilə yaramaz və simasızlardan olduqlarını nümayiş etdirdilər”.

N.Kərimov dağıdıcı müxalifətin fəaliyyətinin əsasında onların təxribatları dayandığını bildirdi: “20 Yanvar faciəsi günü xalq Şəhidlər Xiyabanına gələrək şəhidlərimizi ziyarət edirlər. Bu il də öz yamaz və səhv siyasətlərini davam etdirən dağıdıcı müxaliflər 20 Yanvar faciəsi günündən istifadə edərək mitinq keçirməyi planlaşdırırlar. Bu xalqımıza qarşı düşmənçilik siyasətidir. Eyni zamanda da, orda yatan şəhidlərimizin ruhuna hörmətsizlikdir, eyni zamanda şəhidlərimizi ziyarət edən insanlara da hörmətsizlikdir. Ona görə də, adları çəkilən bu şəxslər hər cür ittihama və qınağa layiqdirlər. Belə də davam edəcək. Çünki, onlar uğursuz, cılız və xəyanətkar siyasətin iştirakçısı və icraçılarıdırlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...