Bayram Səfərov: "ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı Ermənistanın təcavüzkar siyasətini sübut edən növbəti beynəlxalq sənəddir"
"ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşmanın aparılmasını bir daha təsdiqləyir".SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib. B.Səfərov bildirib ki, artıq işğalçı Ermənistan beynəlxalq hüquqa zidd addımlarını dünya ictimaiyyətindən gizlədə bilmir.
Onun sözlərinə görə, bu hesabat Ermənistanın təcavüzkar siyasətini sübut edən növbəti beynəlxalq sənəddir: "Hesabatda bildirilir ki, işğal olunmuş ərazilərdə məskunlaşdırılmış insanların şəxsiyyətini təsdiq edən heç bir sənəd yoxdur. Bu faktın özü qanunsuz məskunlaşmanı əyani şəkildə təsdiqləyir. Artıq Ermənistanın işğalçı mahiyyəti bir daha təsdiqləndi. Beynəlxalq birlik bundan sonra işğalçı Ermənistana qarşı təzyiqlər etməlidir ki, Azərbaycanın torpaqlarından çıxsın. İnsanlar öz doğma torpaqlarına qayıtmaq istəyir və bu belə də olacaq"- deyə, B.Səfərov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB