Fikrət Sadıxov: “Böyük dövlətlər istəməz ki, Azərbaycan silahdan istifadə etsin, regional sabitlik pozulsun” - MÖVQE
"Artıq bu günə kimi prezidentlərin 7-8 görüşü keçirilib. Prezidentlərin sonuncu Soçi görüşündən sonra ciddi nəticələr əldə olunmayıb və əldə oluna da bilməzdi. Çünki 20 ilə yaxın gedən münaqişə bir günün ərzində Soçi görüşündə həll oluna bilməzdi". Bu barədə politoloq Fikrət Sadıxov SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, böyük dövlətlər istəməz ki, Azərbaycan silahdan istifadə etsin, regional sabitlik pozulsun. Politoloq bildirib ki, onlar vəziyyətin bundan sonra da özlərinin maraqları çərçivəsində davam etməsini və Azərbaycanın müəyyən mənada güc təşəbbüsünün qabağının alınmasını istəyirlər.
"Belə bir halda məsələ həll olunmayacaq. Faktaraşdırıcı komissiyanın məruzəsinin uzadılması da onun parlaq göstəricidir. Əgər hansısa bir monitorinq keçirilirsə və orada konkret faktlar aşkar olunursa, onlar barədə dərhal cəmiyyətə məlumat vermək lazımdır. Onlar isə yenidən gizli, pərdəarxası şəkildə kiməsə göstərir və bu məsələlər ətrafında hansısa danışıqlar gedir. Oralarda elə bir faktlar aşkarlanır ki, onu dərhal açıqlaya bilmirlər. Bunu dəfələrlə bəyan etmişik ki, Ermənistanda narkotrafik, terrorçuların hazırlanması düşərgələri var, Azərbaycanın tarixi abidələri məhv olunur. Bu reallıqdır, amma çox təəssüflər olsun ki, böyük dövlətlər bundan danışmaq istəmir. Əgər belə bir hal bundan sonra da davam etsə, inanmıran ki, yaxın perspektivdə hansısa konkret nəticəyə gələ bilək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB