Türkiyənin dövlәt naziri Tehrana gedib

Türkiyənin dövlәt naziri Tehrana gedib

Türkiyənin dövlәt naziri vә baş nazirin müavini Bülәnt Arınç İranda ikinci dәfә tәşkil edilәn beynәlxalq Novruz şәnliyinә qatılmaq üçün Tehrana gedib.

SİA-nın xəbərinə görə, Bülәnt Arıç Tehrana sәfәri öncәsi verdiyi açıqlamada, şәnliyin 2012-ci ildә Türkiyәdә keçirilmәsi üçün lazimi adımların atılacağını bildirib.

İranda keçirilәn dünya novruz şәnliyinә dövlәt vә hökumәt rәhbәrlәri dә dәvәt edilirlәr. Türkiyә hökumәtini tәmsilәn baş nazir müavini olaraq mәn qatılacağam deyәn Bülәnt Arınç, 2012-ci ildә tәdbirin Türkiyәdә keçirilmәsini tәklif edәcәklәrini, bütün Türk dünyasının yaxından maraqlandığı vә hәr il fәrqli tәdbirlәr ilә qeyd edilәn Novruzun qarşıdakı il dә Türkiyәdә keçirilmәsini arzu etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə