Liviyada koalisiya qüvvələrinin hava hücumundan sonra müxalifət Əcdəbiyyə şəhərini yenidən ələ keçirib.
SİA-nın xəbərinə görə, gecə boyu davam edən atışmalardan sonra müxalifət Qəddafiyə ağlı qüvvələri şəhərdən geri çəkilməyə məcbur etməyi bacarıb. Qəddafiyə bağlı qüvvələrin Breqa şəhərinə çəkildiyi bildirilib.
Liviyanın Səhiyyə Nazirliyi isə koalisiya qüvvələrini hücumu nəticəsində ölən dinc vətəndaşların sayının artdığını bəyan edib. Nazirlik hava hücumları nəticəsində 114 nəfərin öldüyünü, 455 nəfərin isə yaralandığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB