Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli gündəliyimizdə mühüm yer tutacaq - Edi Rama

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli gündəliyimizdə mühüm yer tutacaq - Edi Rama

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bu il gündəliyimizdə mühüm yer tutacaq.

SİA xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri Edi Rama Vyanada Daimi Şuraya ölkəsinin 2020-ci il üçün ATƏT-dəki sədrliyinin prioritetlərini təqdim edərkən deyib.

O bildirib: “Ukraynadakı və onun ətrafındakı böhran Avropanın ən aktual təhlükəsizlik problemi olaraq qalmaqdadır. Gərginliyin azaldılmasında, sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində Xüsusi Monitorinq Missiyasının töhfəsi çox vacibdir. Minsk qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səyləri, eləcə də Dnestryanı münaqişənin nizamlanma prosesi sədrliyimiz dövründə gündəlikdə mühüm yer tutacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə