Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü təxirə salınıb

Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü təxirə salınıb

Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin martın 25-də Moskvada baş tutmalı olan görüşü təxirə salınıb. SİA-nın verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Qeyd edək ki, belə bir görüşün keçiriləcəyi barədə martın 10-da Azərbaycan xarici işlər naziri E.Məmmədyarov məlumat vermişdi. XİN başçısı həmçinin bildirmişdi ki, görüş yenə də Rusiyanın vasitəçiliyi ilə keçiriləcək. Görüş barədə deyilənləri S.Lavrov da təsdiq etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə