“Amerika prezidenti Donald Tramp çıxışında qeyd edib ki, İranın raket zərbəsindən amerikalı hərbçiləri arasında itki yoxdur. Halbuki günün başlanğıcında Tehran Amerikanın İraqdakı hərbi bazasını raket zərbəsi endirməsi nəticəsində 80 amerikalı hərbçinin öldüyünü anons etmişdi". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, hər iki tərəf fasilə götürə bilər: "Doğrudur, İran öldürülən generalının intiqamını tam ala bilmədi, çünki ölən amerikalı hərbçi yoxdur, ancaq ABŞ bazasını vurmaqla simasını da qorumuş kimi göstərməyə çalışdı. Bundan sonra nə baş verəcək?
Trampın çıxışından bir daha aydın oldu ki, İrana qarşı sanksiyalar sərtləşəcək. Bu o deməkdir ki, İran iqtisadiyyatını növbəti sınaqlar gözləyir. Digər tərəfdən hər iki tərəf növbəti insidentdən də qurtulmayıblar. Bundan sonra İslam Keşikçiləri Korpusunun İrandan kənarda əməliyyat həyata keçirməsi və tərəfdarlarıyla rahat təmas qurması çətinləşəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB