Ukraynada 9 yanvar tarixində Tehran yaxınlığında baş verən təyyarə qəzasında ölənlərin xatirəsinə matəm günü elan edilib. SİA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə prezident aparatının saytı xəbər yayıb. Müvafiq fərmanı Ukrayna Prezidenti Vladimir Zelenski imzalayıb. Sənədə əsasən əyləncə və konsert tədbirlərini ləğv edilib, televiziya və radio proqramlarında müvafiq dəyişikliklər edilib.
"Ölənlərin xatirəsini ehtiramla yad etmək məqsədi ilə prezident dövlət orqanları, yerli özünüidarəetmə orqanları, dövlət müəssisə, idarə və təşkilatlarında Ukrayna dövlət bayraqlarının endirilməsinə qərar verib", məlumatda deyilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB