Dairə seçki komissyalarının üzvləri öz sahələrinə aid məsələni araşdırmalıdır - AÇIQLAMA

Dairə seçki komissyalarının üzvləri öz sahələrinə aid məsələni araşdırmalıdır - AÇIQLAMA

Mərkəzi Seçki Komissiyasına daxil olan hər bir məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir. SİA-nın verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, əgər hansısa müraciət onlara daxil olubsa, onun həlli qanunun tələbinə uyğun həyata keçirilməlidir.

Sədr bildirib ki, MSK həmişə çatışmazlıqları aradan qalıdrmaq üçün bütün addımları atacaq: "Heç bir seçki komissiyanın prosedur qaydalarını pozmağa ixtiyarı yoxdur. Hər bir məsələyə qanunvericiliyə uyğun şəkildə baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Dairə seçki komissyalarının üzvləri öz sahələrinə aid məsələni araşdırmalıdır. Əgər hər hansı bir məsələ ilə bağlı çətinlik olarsa bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edilməlidir, bu zaman Mərkəzi Seçki Komissiyası məsələnin aradan qaldırılması üçün lazımi addımları atacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə