“Ölkəyə hücum etməyə çalışan biri sarsıdıcı zərbə ilə üzləşəcək”. SIA bu barədə RİA Novostinin məlumatına istinadən xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Siyasətçi çərşənbə günü Qüdsdə ABŞ dövlət katibi Mayk Pompeonun doktrinasına həsr olunmuş konfransda İordan çayının Qərb sahilindəki İsrail yaşayış məntəqələrinin qanuniliyi mövzusunda çıxış edib.
"İsrail dövləti Yaxın Şərqin fırtınalı sularında sabit bir lövbərdir. Bizi məhv etmək istəyənlərin qarşısında möhkəm dayanırıq. Bizə hücum edən hər kəs sarsıdıcı zərbə alacaq", deyə Netanyahu bəyan edib.
Xatırladırıq ki, bu, İsrail Baş nazirinin ABŞ-ın İraqdakı bazalarına İranın hücumundan sonra verdiyi ilk açıqlamadır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB