Baş nazirin yalanı və ifşası davam edir
“Əhalinin adambaşı gəlirlərinə görə göstərilən ÜDM göstəricisinin böyük hissəsi məhz iqtisadiyyatın vəziyyətini əks etdirir, lakin ölkə vətəndaşlarının birmənalı şəkildə rifah halından xəbər vermir”. SİA xəbər verir ki, bu barədə armenianreport.am saytının siyasi analitiki Tevos Arşakyan yazıb. O, Ermənistanın baş naziri Nikol Paşinyanın sözügedən mövzudakı iddiasını, daha dəqiq desək Ermənistan əhalisinin Azərbaycan və Gürcüstandan vətəndaşlarından daha yaxşı yaşaması yönündəki yalanını ifşa edən - “Paşinyanın Gürcüstan və Azərbaycanla ötüşdü oyunundakı şirəli xəyalı” başlıqlı ironik yazısında bu barədə qeyd edib.
“Amerikanı ötmək və keçmək!” Və mühüm deyil ki, bu adambaşı və ya əhalinin yaşayış səviyyəsinə görə raket sayı, yaxud ət istehsalı məsələsi olsun - əsas budur ki, nədə olursa-olsun ötmək və keçmək”, deyə yazan erməni analitiki həmçinin qeyd edib ki, bu, indi də təbliğat xarakteri kimi qalmış və sovet rəhbərlərinin 50-60-cı illərdəki şüarıdır...
Armenianreport: “Paşinyan xalqın qarşısında rüsvay oldu”
SİTAT: “Yanvarın 6-da baş nazir Nikol Paşinyan özünün “Facebook” səhifəsində belə bir qeyd yazıb ki, Ermənistan 2019-cu ilin nəticələrinə və ÜDM-in adambaşı göstəricisinə görə regional liderlikdə Gürcüstan və Azərbaycanı keçdiyini yazıb. O, BVF-in rəsmi saytında qeyd edilən yazıya istinad edib. Düzdür, qısa zamanda Paşinyana məruzə ediblər ki, o, səhv edib, hesabatla proqnozları qarşıdırmaqla arabanın qabağına qaçıb. Ona görə də, baş nazir tələm-tələsik üzr istəyib və qeydini redaktə edərək, 2019-cu ildə yalnız Gürcüstanı keçdiyini bildirib. 2020-ci ildə isə axır ki, Azərbaycanı da keçəcəyini iddia edib...”
Beləliklə, Paşinyanın bu iddiasına da özünəməxsus fikir bildirən erməni analitiki aha sonra yazır ki, o siyasətçi pisdir ki, ölkəsinin və xalqının rifah halı üçün xəyal etməsin: “Lakin ölkənin baş nazirinin publik şəkildə xəyallarını həqiqət kimi göstərməsi cəhdi yerinə düşməyən addımdır. O, xalqın qarşısında rüsvay oldu - əvvəlcə yaz ki, Ermənistan 2019-cu ilin nəticələrinə görə Gürcüstanı və Azərbaycanı keçib, sonra da sosial şəbəkələrdə öz şərhini korrektə elə. Ola bilər ki, Nikol Paşinyan daxilində Ermənistanı regional liderliyə çıxartmaq xəyalına dalıb, lakin biz hələlik öz üzərimizdə onun xəyallarındakılardan heç bir effekt müşahidə etmirik”.
Tevos Arşakyan: “Baş verən təəssüfedici hadisələr fonunda kopmfortluq və toxluq dəqiq olaraq yoxdur”
Arşakyan ölkədəki vəziyyətin heç də yaxşı olmadığını yazıb və qeyd edib ki, “məxməri inqilabdan” sonra daha da pisləşib: “Məxməri inqilabdan” sonra ölkədəki həyat heç də yaxşılaşmayıb, sadəcə gözlərimiz önündə daxili siyasət mətbəxində baş verən təəssüfedici hadisələr fonunda kopmfortluq və toxluq dəqiq olaraq yoxdur. Əgər varsa da, həmin hal komfortlu kreslolarda və “çörəkli” yerlərdə oturanlara aiddir. Əhalinin çox hissəsi isə elə əvvəlki hakimiyyət vaxtı necə ağır vəziyyətdə yaşayırdısa, indi də o vəziyyətdədir. İnsanlar özlərini Ermənistanda tapa bilmirlər və nə özləri, nə də övladları üçün gələcək görmürlər, ona görə də ölkəni tərk edirlər... Bu zaman cənab baş nazir nəyə sevinir ki?”
Qrant Baqratyan: “Dərhal deyək ki, bu, dəxli olmayan bir mövzudur”
“Ermənistan nə 2019-cu ilin, nə də 2020-ci ilin nəticələrinə görə ÜDM göstəricisinə görə Gürcüstanı və Azərbaycanı keçə bilməyəcək”. Bu fikirləri isə Ermənustanın iqtisadi eksperti Qrant Baqratyan sözügedən mövzu ilə bağlı özünün “Facebook” səhifəsində yazıb. Bununla yanaşı, Baqratyan hesab edir ki, Ermənistanın nəinki Azərbaycanın, ümumiyyətlə Gürcüstanın da ÜDM-nə çatmasına çox var: “Baş nazir Nikol Paşinyan yazıb ki, Ermənistan 2019-cu ildə ÜDM göstəricilərinə görə Gürcüstanı keçib, 2020-ci ildə isə Azərbaycanı da ötəcək, bununa da Cənubi Qafqazda öncül ölkəyə çevriləcək. Mənbə kimi isə, BFV-in saytı göstərilib. Dərhal deyək ki, bu, dəxli olmayan bir mövzudur”.
Onun sözlərinə görə, ÜDM haqqında məlumatları BVF deyil, Dünya bankı təqdi edir: “Dünya bankı isə 2019-cu ilin məlumatlarını 2020-ci ilin aprel və may aylarında təqdim edir. Statistikadan isə, ümumiyyətlə, danışmaq lazım deyil”.
Ermənistan iqtisadiyyatçısı 2018-2019-cu illərin statistik rəqəmlərini də gətirərək, sübutr edib ki, Ermənistan həm Gürcüstandan, həm də Azərbaycandan geriyə qalıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB