Azərbaycanda 557 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 557 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər müraciət edən 2330 nəfərdən 2203-nin namizədliyi artıq təsdiq olunub. SİA-nın verdiyi xəbərə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, onlardan 2075 nəfəri isə imza vərəqələrini artıq götürüb, 874 nəfəri qaytarıb, 557-i isə qeydə alınıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə