“Müxalifləri uğursuzluqlarının səbəbi onların anormal fəaliyyətləri ilə bağlıdır” RƏY-ÖZƏL

“Müxalifləri uğursuzluqlarının səbəbi onların anormal fəaliyyətləri ilə bağlıdır” RƏY-ÖZƏL

“Radikal müxalifət düşərgəsini təmsil edən şəxslər üçün hər il olduğu kimi geridə qoyduğumuz 2019-cu ildə uğursuz bir il oldu”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, ümumiyyətlə, bu gün müxalifət ölüm qalım məsələsi qarşısındadır: “Onların ağır vəziyyətə düşmələrinin səbəbi də özləridir. Bir sözlə, müxalifət partiyalarına rəhbərlik edən liderlər normal fəaliyyət göstərə bilmirlər və buna görə də çox çıxılmaz bir vəziyyət düşüblər. Bu gün demək olar ki, həmin müxalifət partiyalarına yalnız və yalnız başqanlar və onların ətrafında 5-10 nəfərdən adam qalmaqdadır. Təbii ki, bu da siyasi fəaliyyət deyil. Demək olar ki, sözügedən bu qüvvələrin cəmiyyət üçün var olub, olmaması maraqlı deyil. Çünki cəmiyyət üçün bu cür qüvvələri qəbul etmir və dəstəkləmir. Bir sözlə, bütün illərdə olduğu kimi 2020-ci ildə də müxalifət üçün uğursuz il olacaqdır. Bu uğursuzluqlarının da səbəbi onların anormal fəaliyyətləri ilə bağlıdır”.

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə