"ABŞ-İran gərginliyini azaltmaq üçün səylərimizi artırırıq" Çavuşoğlu

"ABŞ-İran gərginliyini azaltmaq üçün səylərimizi artırırıq" Çavuşoğlu

“Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İran hərbi komandiri Qasım Süleymaninin öldürülməsinin bölgənin sülh və sabitliyi üçün ciddi bir risk yaratdığını söyləyib. Yaxın günlərdə bu problemi həll etmək və ya gərginliyi azaltmaq üçün digər ölkələrlə birlikdə danışıqlar aparılacaq”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, XİN rəhbəri bu fikirləri 2019-cu ilin yekunlarına həsr olunmuş iclasda bildirib.

Çavuşoğlu qlobal dəyişikliklərin geridə qaldığı 2019-cu ilin xüsusilə böyük dövlətlər arasında güc mübarizəsinin zirvəyə çatdığı bir il olduğunu vurğulayıb.

O həmçinin qeyd edib ki, Qasiminin İraqdakı ölümü bölgənin sülh və sabitliyi üçün ciddi bir təhlükə yaradıb. ABŞ-İran arasındakı gərginliyini azaltmaq üçün diplomatiya yolu ilə çox çalışırıq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə