Ərdoğan İran prezidenti ilə nə danışıb?

Ərdoğan İran prezidenti ilə nə danışıb?

İran prezidenti Həsən Ruhani ilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın telefon danışığının detalları ortaya çıxıb. SİA İranın Türkiyədəki səfirliyinin rəsmi Twitter hesabındakı məlumata istinadən xəbər verir ki, Ərdoğan telefon danışığında "Şəhid Süleymaninin yoxluğu bizi dərindən kədərləndirir” deyə bildirib.

Türkiyə prezidenti telefon danışığı zamanı “İran xalqının, sizin və Xomeneyinin əsəbinin fərqindəyəm" deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan Süleymaninin dəfn mərasini izlədiyini və bu görüntülərin İraq xalqının general Süleymaniyə sevgisinin təzahürü olduğunu ifadə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə