Yaponiyadan bir qrup azərbaycanlı vətənə dönüb

Yaponiyadan bir qrup azərbaycanlı vətənə dönüb

Yaponiyadan bir qrup azərbaycanlı vətənə dönüb. SİA-nın xəbərinə görə Yaponiyada baş verənlərdən sonra bu ölkədə olan azərbaycanlılar evakuasiya olunub və artıq bir qrup azərbaycanlı Bakıdadır. Lakin Gündoğan ölkədə vəziyyət gərgin olaraq qalır. Yaponiyada "Fukusima-1" atom elektrik stansiyasında (AES) baş vermiş sızma nəticəsində dəniz suyunda radiaktiv maddələrin miqdarı artıb. "Fukisimo-1" AES-də temperatur artmağa dorğru gedir.

"Fukisimo-2"də isə radiasiya səviyyəsi artır. Artıq 11 növ tərəvəzdə radiaktiv maddələr aşkarlanıb. ABŞ Yaponiyadan malların idxalına qadağa qoyub. Yaponiyada radioaktiv maddələrin "Fukusima" reaktoru yaxınlığında dəniz suyuna sızmasının təsdiq edilməsi Tokioda balıq satışını kifayət qədər aşağı salıb. Səhiyyə Nazirliyi rəsmi qurumlara dəniz sularının monitorinqini həyata keçirməyi tapşırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə