Parlament seçkiləri ilə əlaqədar bildirişlərin sayı açıqlanıb - İCLAS

Parlament seçkiləri ilə əlaqədar bildirişlərin sayı açıqlanıb - İCLAS

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Azərbaycanda 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermənin yeri, və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni , forması, sayı və hazırlanması qaydası müzakirə edilərək qəbul olunub. SİA-nın verdiyi xəbərə görə, iclasda çıxış edən MSK katibi Arifə Muxtarova qeyd edilib ki, Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar 5 milyon 375 min 967 ədəd bildiriş çap ediləcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə