"Atılan addımlar Azərbaycanı uğurlara doğru apardı" ÖZƏL-MÜNASİBƏT

"Atılan addımlar Azərbaycanı uğurlara doğru apardı" ÖZƏL-MÜNASİBƏT

"2019-cu ilin dekabr ayının 23-də ölkə Prezidenti Möhtərəm İlham Əliyev cənabları bir sıra yerli KİV-ə müsahibə verib və bildirib ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olub və qarşıya qoyulan vəzifələr öz həllini tapıb". Bu fikirləri SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, 2019-cu ildə əsas uğur göstəricilərindən biri beynəlxalq aləmdə mövqelərimizin möhkəmlənməsi və müstəqil siyasət yürütməmizdir: "Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanı regionda Lider dövlətə çevirib və dünya arenasında yüksək nüfuza malik olub. 2019-cu il iqtisadi inkişaf baxımından uğurlu il olub. Bir neçə il dünya bazarında neftin düşməsinə, gəlirlərin azalmasına baxmayaraq hər bir ölkə üçün sınağa çevrilib. Lakin Azərbaycan dövləti və hökuməti tərəfindən görülən operativ tədbirlər fəsadları minimum səviyəyə endirib. Bu il ölkənin makro-iqtisadi göstəriciləri daha geniş miqyaslıdır. Buna əldə olunmuş rəqəmlərdə sübutdur. Belə ki, qeyri-neft sektoru 3,5%, qeyri-neft sənayəsi 14%, kənd təsərrüfatı 7%, qeyri-neft ixracatı 14% artıb. Ölkənin valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 50 milyarda çatıb.

Prezidentimizin atdığı addımlar ölkə vətəndaşlarının həyatının yaxşılaşdırılmasına xidmət etdiyi, onun verdiyi fərman və sərəncamlardanda açıq aydın görünür. Bu il başlanan islahatlar əməkhaqqı, pensiya, sosial müavinat və tələbə təqaüdlərinin artması ilə başlayıb. Eyni zamanda problemli kreditlər məsələsi yoluna qoyulmaqla sosial sahədə olan məsələlər kompleks şəklində öz həllini tapdı. Ölkə başçımızın dərin təhlilləri üzərində düşünülmüş və atılan addımlar 2019-cu ildə Azərbaycanı uğurlara doğru apardı və 2020 ci ildə də bu uğurlu siyasi kurs davam etdirilərək Azərbaycan xalqının rifah halının yaxşılaşmasına gətirib çıxaracaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə