Erməni Milli Konqresinin (EMK) dünəndən İrəvanın mərkəzində başlatdığı mitinq xarakterinə görə əvvəlkilərdən fərqlənib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, indiyədək Matenadaran meydanında ölkə rəhbərliyinin yarıtmaz siyasətinə etiraz edən müxalifət bu dəfə Azadlıq meydanını ələ keçirməklə Sarkisyana bir az da "yaxınlaşıb".
EMK-nın əlaqələndiricisi Levon Zurabyan 2008-ci ildən bu tərəfə müxalifətin əlindən çıxan Azadlıq meydanının ələ keçirildiyini və bundan sonra aksiyaların burada keçiriləcəyini deyib.
EMK-nin lideri, keçmiş prezident Levon Ter-Petrosyan mitinqdə çıxış edərək bildirib ki, bizim hakimiyyətdən tələbimiz siyasi məhbusların azad edilməsi, azad toplaşmaq hüququnun bərpa edilməsi, Azadlıq meydanında mitinqlərin keçirilməsi və ən əsası 2008-ci il 1 mart hadisələri zamanı aksiya iştirakçılarının öldürülməsində əli olanların məsuliyyətə cəlb olunmasıdır.
Aldığımız məlumata görə, EMK-nin sədri Avropa Şurası Parlament Assambleyasının Ermənistan üzrə məruzəçiləri Con Preskott və Aksel Fişerlə görüşüb. L.T.Petrosyan Ermənistanda olmayan demokratik vəziyyət, siyasi məhbusların mövcudluğu və eyni zamanda sərbəst toplaşmaq azadlığının olmaması barədə həmməruzəçilərə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB