"Bələdiyyə seçkilərində bütün məntəqələrdə səsvermə normal axında həyata keçdi". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında deyib.
M.Pənahov bildirib ki, xoşagəlməz hadisələrlə bağlı sosial şəbəkələrdə məlumat yayılırdı, amma MSK-ya bir müraciət daxil oldu və o da aidiyyatı üzrə dairə seçki komissiyasına göndərldi: "Qanuna uyğun olaraq biz müraciətə baxdıq və dairə seçki komissiyasına göndərdik. MSK bu məsələnin üzərində dayanacaq ki, dairə seçki məntəqəsi bu məsələyə vaxtında baxsın. Sosial şəbəkələrdə yayılan görüntüləri ciddi şəkildə araşdırmağa başlamışıq".
MSK sədri qeyd edib ki, ümumilikdə seçkilər sakit bir atmosferdə keçib: "Seçicilərin öz iradəsini ortaya qoyması üçün bütün şərait yaradılmışdı və seçicilər bu imkandan istifadə edib. Bütün 1606 bələdiyyə üzrə seçkilər baş tutub. 4556 məntəqədən məlumatlar daxil olub ki, bu da 1475 bələdiyyənin məntəqəsdir. 1375 bələdiyyədən bütün məlumatlar daxil olub. Yaxın saatlarda bütün məntəqələrdən məlumatlar daxil olacaq və biz məlumatları ilkin mərhələdə ictimaiyyətə çatdıracağıq".
M.Pənahov əlavə edib ki, qaynar xəttə 220 müraciət daxil olub: "Bunlardan seçici siyahısı və məntəqələrinin ünvanları ilə bağlı 90 müraciət, hüquqi məsələlərlə bağlı 130 olub. Veb-kameralar vasitəsilə də seçkilər aktiv şəkildə olub. Ümumilikdə veb-kameralardan 282627 baxış olub ki bu da seçkilərə marağın olduğunu göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB