Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı seçici fəallığını açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 19:00-a olan respublika üzrə seçici fəallığı 1627064 nəfər olub. Seçici fəallığı 32,72 faiz təşkil edib.
Qeyd edək ki, bələdiyyə seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatıb. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar verilib. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB